Maraqlı

Elektronika qurğuları daha çox satılacaq

20 Avqust 2017 17:20
0 Şərh     Baxış: 398
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tractica" tədqiqat şirkətində çalışan ekspertlərin proqnozuna görə, yaxın 5 ildə qlobal daşınan elektronika bazarının həcmi orta hesabla ildə 24,1% artacaq. Mütəxəssislərin qiymətləndirməsinə görə, daşınan qurğuların tədarük həcmi 118-dən (2016) 430 milyonadək (2022) artacaq.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, proqnozlaşdırılan dövrün sonunda "ağıllı" saat sözügedən bazarın ən böyük kateqoriyası olacaq. Həmçinin "ağıllı" geyimlər, daşınan kameralar, smart eynəklər, "ağıllı" qulaqcıqlar və başqa bu kimi kateqoriyalar daşınan cihazlar sənayesinin inkişafına öz töhfəsini verəcək.
 
"Tractica" şirkətinin tədqiqatlar üzrə direktoru Aditya Kaulonun fikrincə, istifadəçi sağlamlığının qorunub saxlanılması üçün nəzərdə tutulmuş qurğular daşınan elektronika bazarının inkişafının növbəti mərhələsində artımı təmin edəcək.
 
"Öz diqqətini sadə fitnes qolbaq və fiziki fəallıq trekerlərinə deyil, diabet və ürək-damar sistemi xəstəlikləri kimi xroniki xəstəliklərin profilaktikası üçün nəzərdə tutulmuş qurğulara yönəltmiş daşınan elektronika istehsalçıları son nəticədə uğur əldə edəcəklər" - mütəxəssis deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.