Maraqlı

İsti yay günlərində bunlar qarderobunuzda mütləq olmalıdır - BU YAYIN ƏN TREND GEYİMLƏRİ - FOTO

18 Avqust 2017 22:44
1 Şərh     Baxış: 2 718
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsti yay günlərində rahatlıqla geyə biləcəyiniz geniş ölçülü geyimlər qarderobunuzda mütləq olmalıdır.

Milli.Az ailem.az-a istinadən bu yay necə dəbli geyinməyin üsullarını diqqətinizə çatdırır.

Hazırda eyni rənglərin fərqli tonlarından istifadə etmək çox dəbdir. Tünd çəhrayı bir ətəklə daha açıq tonda çəhrayı köynəyi uyğunlaşdıra bilərsiz.
Ağ ayaqqabılar sizi hər zaman dəbli göstərəcək.

Tulum bir çox xanımın seçimi ola bilər. Kəmər istifadə edərək belinizin qıvrımını ortaya çıxara bilərsiniz. Rahatlıq xoşlayırsınızsa bu geyimi idman ayaqqabıları ilə tamamlaya bilərsiz.
 

Cins bütün sezonlarda dəbdədir. Sadə bir köynəklə uyğunlaşdıraraq retro bir görünüş əldə edə bilərsiniz.
 

Həm çiyin, həm də ayaq dekoltesi olan uzun paltarlar yayda imdadımıza çatır.
Eminik ki hər kəsin qarderobunda buna bənzər bir libası var.
 

Diqqət çəkməyi sevmirsinizsə bu geyim sizin üçündür. Ağ qısa ətək və sadə köynək ilə son dərəcə zərafətli görünə bilərsiniz.
 

Paltarın içərisinə köynək geyinmək bu mövsüm üçün uyğun olmasa da havalar sərinlədikdə, bəzən istifadə edə bilərsiniz.
 

Ağ paltar və həsir görünümlü ağac çantalar bu yay fəslinin ən trend seçimlərindəndir.
 

Enli köynək və qısa şalvar ikilisi çox çəkici olur.
 

Çimərlik geyiminizi gündəlik həyatda da istifadə edə bilərsiniz.
 

Bədəni çox sıxmayan qırmızı kostümü ağ sandalla tamamlaya bilərsiniz
 

Kvadrat naxış illər keçsə də qardiroblarda həmişə yer alacaq. Bu naxışlı ətəklər xüsusilə cazibədar görünür.
 

Qara geyimlərdən vaz keçə bilmirsinizsə, bu stil tam sizə görə.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.