Maraqlı

Tələbə qız azdı, meşədə 25 gün çılpaq qaldı - VİDEO - FOTO

18 Avqust 2017 14:42
1 Şərh     Baxış: 4 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sadəcə, sağ qalmağa, ölməməyə çalışırdım. Şər qarışandan sonra yırtıcıların səsini eşitmək, zülmət meşədə qorxaraq səhəri dirigözlü açmaq çətindi. Lakin sağ qalmağı bacardım.

25 yaşlı Layza Teris 25 gün meşədə, təkbaşına qalıb. Onu polislər tapıblar.

Milli.Az NBC-yə istinadən bildirir ki, ABŞ-ın Alabama ştatının sakini olan Layza Terris 27 gün əvvəl iki şəxslə dağlardakı meşəyə, piknikə yollanmışdı.

Sonra o, evə qayıtmayıb.

Polis də Layzanın meşəyə getdiyi 31 yaşlı Menli Devisi və 36 yaşlı Rendi Osvaldı həbs edib. Bu şəxslər L. Terisin yoxa çıxmasında suçlanırdılar.

Lakin sübut-dəlil olmadığından iki gün əvvəl Devislə Osvald azadlığa buraxılıblar. Onların dediklərinə görə, Layza Teris gecənin bir aləmində, alt paltarında meşəyə tərəf gedib və qayıtmayıb.

Layza isə dünən tapılıb.

Polisdən verilən məlumata görə, radioloq tələbənin meşədə itməsi və sonra da tapılmasında müəmmalar, qaranlıq məqamlar çoxdur: "Araşdırma gedir, təhqiqat aparırıq. Bu səbəbdən konkret heç nə deyə bilmərik".

Layza isə söyləyir ki, meşələrdə möcüzə nəticəsində sağ qalıb: "Hər tərəf vəhşi heyvanlardı. Çox qorxurdum. Üstəlik, sürəkli su istəyirdim. Susayanda gölməçələrdən, çirkli nohurlardan su içirdim. O suyun təmiz olub-olmadığı eynimə də deyildi. Bir də giləmeyvələr məni xilas etdi. Yaxşı ki, yaydır, meşələrdə giləmeyvə boldur. Paltarım olmadıından gecələr soyuqdan titrəyirdim".

Layza Terisn vücudu yaralar və çapıqlarla doludur. Həkimlərin dediklərinə görə, tələbə qızın ciddi reabilitasiyaya ehtiyacı var.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Tələbə qız azdı,

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.