Maraqlı

Jestləri tanıyan əlcək hazırlanıb

18 Avqust 2017 23:03
0 Şərh     Baxış: 1 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kaliforniya Universitetinin bir qrup alimi lal-kar insanlar tərəfindən istifadə edilən jest dilini anlamaq üçün "ağıllı" əlcək hazırlayıblar.

Milli.Az AMEA-nın saytına istinadla xəbər verir ki, ünsiyyəti asanlaşdıran "Smart Glove" əl jestlərini tanıyaraq onları mətnə çevirir. Naked-science.ru saytının məlumatına görə, əlcək doqquz elastik sensora malikdir. Baş barmaqdan başqa hər bir barmağa iki sensor birləşdirilib. Sensorlar biləkdə yerləşdirilmiş sistem lövhəsinə qoşulub. Sözügedən sistem lövhəsi jest dilinin hərfinə uyğun gələn barmaqların vəziyyətini tanıyaraq latın əlifbası hərfini generasiya edir.

Jestlər doqquzrəqəmli (sensorların sayına görə) kodla kodlaşdırılır, hər bir rəqəm müvafiq barmağın yerləşmə vəziyyətindən asılı olaraq 1 və ya 0 qiymətini ala bilər. Yekun qiymət konkret bir hərfə uyğun gəlir.

Əlcək eyni jestləri fərqləndirmək üçün akselerometr və təzyiq sensoru ilə təchiz edilib. Bundan sonra sistem kodları hərflərə çevirir və onları kompüterin ekranında göstərmək üçün "Bluetooth" vasitəsilə göndərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.