Maraqlı

Cəld tərpənib ölümdən qurtuldular - VİDEO - FOTO

17 Avqust 2017 12:08
0 Şərh     Baxış: 1 275
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ərlə arvadın olduğu avtomobil evin qarşısında dayanır. Qadın avtomobildən düşür. Bu zaman evə yan alan maşından düşən silahlı cinayətkar onlara tərəf qaçır.

Ər cəld tərpənir, arvad maşına oturur və onların avtomobili sürətlə olay yerindən uzaqlaşır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, hadisə Cənubi Afrika Respublikasındakı Yohannesburq şəhərində, Midrand bölgəsində baş verib.

Rocer və Anell Hills maşınla evə qayıtmışdılar.

Bu zaman evin qarşısında Mercedes-Benz markalı avtomobil dayanıb. Maşından düşən, əlində tapança olan şəxs Hillərin avtomobilinə tərəf qaçıb.

Bunu görən Rocer "Anell, tez otur maşına!" qışqırıb.

Anell Hilss maşına oturandan sonra Rocer avtomobili sürətlə yerindən tərpədərək uzaqlaşıb.

Beləcə, ərlə arvad silahlı quldurdan qurtulublar.

Polis olayla bağlı araşdırmalara başlayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Cəld tərpənib ölümdən qurtuldular

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.