Maraqlı

Badmintonun sahibi vəfat etdi - FOTO

17 Avqust 2017 11:16
0 Şərh     Baxış: 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın ən məşhur və nüfuzlu zadəganlarından biri, 89 yaşlı hersoq Bofort dünən vəfat edib.

Milli.Az The Guardan-a istinadən bildirir ki, o, malikanəsində, Badminton qəsrində yuxuda ikən keçinib.

11-ci hersoq Bofort 315 milyon funt-sterlinqlik varidatın sahibi idi.

İngiltərənin  Qlosterşir qraflığındakı Badminton qəsrinin ətrafındakı 52 min hektarlıq ərazi onun daşınmaz əmlaklarının, sadəcə, biri idi.

Miras sahibləri isə hersoqun xanımı, hersoginya Miranda və övladları - Harri, Enn, Edvard Condur.

Badminton qəsri İngiltərədə məşhur atçılıq mərkəzlərindən biri ilə yanaşı, 1863-cü ildə badminton oyununun ixtira edildiyi yerdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.