Maraqlı

Yeni alqoritm təhlükəsizliyi gücləndirəcək

19 Avqust 2017 20:15
0 Şərh     Baxış: 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biz internetdə daima maraqlı məhsul, xidmət və servis tövsiyələri ilə qarşılaşırıq. Bu tövsiyələr onlayn profillər, axtarış sorğuları, şəbəkədəki aktivlik  və sairə əsasında tərtib edilir. Bəzən bu tövsiyələr həqiqətən faydalı olur, amma belə istinadlar üzrə keçid edən istifadəçi öz məxfiliyini təhlükə altında qoyur, çünki fərdi məlumatların ötürülməsini təsdiq edir. Lozanna Federal Politexnik Məktəbindən Maksa Taziki bu problemi həll edən alqoritm düşünüb hazırlayıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni alqoritm real vaxt rejimində internetdə tövsiyə edilmiş məhsulları ifadə edən bu və ya digər linkin üzərinə sıxdıqda üçüncü şəxslərə ötürülmüş informasiyanın tutumunu müəyyən etmək qabiliyyətinə malikdir.
 
Alqoritm hər bir kliki araşdırır: göndərilmiş məlumatların tutumunu, məxfiliyə potensial təsiri qiymətləndirir. Nəticələr tövsiyə şəklində təklif edilir və istifadəçi linkin üzərinə sıxmaqla bağlı qərara gəlir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.