Maraqlı

Opera qənaət servisini bağladı

22 Avqust 2017 08:55
0 Şərh     Baxış: 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son illərdə operatorların internet tarifləri daha əlverişli olub. Bununla belə, yeni nəsil şəbəkələrin tətbiqi ilə əlaqədar istifadə edilən məzmunun həcmi də artır, buna görə trafikin sıxılması üçün servis və proqramlara tələbat yüksəkdir. Buna baxmayaraq, "Opera" şirkəti "Opera Max VPN" servisini bağlayıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki,  "Opera" şirkətinin bloqunda yazılıb ki, "Max" servisi şirkətin başqa məhsulları ilə rəqabətdə uduzurdu. Başqa sözlə, proqramçılar ikinci dərəcəli məhsulun dəstəyinə vaxt itirmək istəməyərək onu bağlayıblar. "Opera Max" servisi daha yenilənməyəcək və artıq "Google Play" proqramlar mağazasından çıxarılıb.
 
Proqramı öncə yükləmiş istifadəçilər sözügedən servisdən hələ ki, istifadə edir. Qeyd edək ki, "Opera" istənilən vaxt "Max" servisinin fəaliyyətini tamamilə dayandırmaq hüququna malikdir, ancaq hələ ki, bu barədə dəqiq məlumat yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.