Maraqlı

Google Allo daha da rahat oldu

22 Avqust 2017 08:45
0 Şərh     Baxış: 709
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google" şirkəti "Google Allo" messencerini veb brauzer üzərindən əlçatan edib. Bu haqda "Google Allo" və "Duo" messencerləri üzərində işləyən bölmənin rəhbəri Amit Fulay məlumat verib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, indi kompüterdə "Google Allo" messencerinə giriş əldə etmək üçün allo.google.com/web ünvanına daxil olmaq lazımdır. Bundan sonra smartfonda "Allo" messencerinin menyusundan "Allo for web" punktunu seçmək və brauzerin səhifəsində göstərilmiş QR kodu skan etmək lazımdır. Lakin messencer hələ ki, yalnız "Chrome" brauzerini dəstəkləyir.
 
"Allo" messencerinin veb versiyasının işləməsi üçün smartfon daima şəbəkəyə qoşulmalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.