Maraqlı

Alimlər qorxu anında insanların bir-birlərini niyə tutduqlarını araşdırıblar

16 Avqust 2017 23:54
0 Şərh     Baxış: 1 251
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəlli olduğu kimi təhlükəli vəziyyətlərdə yaranan qorxu anında insanlar özlərindən asılı olmayaraq bir-birlərinə tutunmağa çalışırlar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İsveçrənin Nevşatel və Fransanın PSL Universitetlərinin tədqiqatçıları bu vəziyyətin psixoloji səbəblərini araşdırıblar. Bunun üçün alimlər qorxu yaradan məşhur attraksionların birinin ziyarətçilərinin attraksionda olduqları zaman şəkillərini araşdırıblar. Ümumilikdə 460 foto üzərində aparılan tədqiqatlarda ən çox diqqət çəkən bir və ya bir neçə ziyarətçinin qorxu anında bir-birilərinə tutunduqlarını əks etdirən şəkillər olub. Fotoların 75 faizində bu hala rast gəlinib ki, onların da əsasını qadın və uşaqlar təşkil edib.

Araşdırmaların nəticəsi olaraq alimlər bu qənaətə gəliblər ki, qorxu anında ən yaxınındakı insanı tutmağa can atmaq onu qorumaq məqsədilə deyil, özünümüdafiə instinktindən irəli gəlir. Təhlükə anında düşünülmədən, ani baş verən bu hərəkət qorxu və xəsarət alma ehtimalı hissinin azalmasına kömək edir.

Alimlərin fikrincə bu hiss hər an həyatla vidalaşma riskinin yüksək olduğu zamanlardan qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.