Maraqlı

Unudulmuş "Şərq ekspressi" - uzaq keçmişin MÜDHİŞ QATARI - FOTO

23 Avqust 2017 23:04
0 Şərh     Baxış: 949
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qeyb olmaq üzrə olan tarixi fotoşəkli Rotterdamlı fotoqraf Brayn çəkməyə nail olub. Onun diqqətini cəlb edən ilk səfərinə 1883-cü ildə yola düşmüş "The Grand Orient Express" adlı lüks qatarı olub.

Milli.Az bu əsrarəngiz qatar haqda fotoqrafın qeydlərini oxuculara çatdırır.

Bu ekspresslərdən bütün dünyada cəmisi bir neçə nüsxə qalıb. Şəkildə əks olunmuş qatar isə 2009-cu ildən bəri Belçika yollarından birində dayanıb.

Fotoqraf sosial şəbəkələrdəki bloqunda təəssüratları ilə aşağıdakı şəkildə bölüşüb: "Sanki bir zaman maşınına düşmüşdüm. Keçmişin ab-havasına dalıb, o dövrün emosiyalarını yaşamaq və onları fotoşəkildə əks etdirmək istəyirdim. Çəkdiyim şəkillər onlara tamaşa edən insanlarda "Nə üçün?", "Nə?", "Nə zaman?" kimi suallar doğurarsa, deməli, mən qarşıma qoyduğum məqsədə çatmışam". (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.