Maraqlı

Cihazlara toz ilə enerji təmin edilməsi mümkün olacaq

17 Avqust 2017 08:55
0 Şərh     Baxış: 515
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ ordusunu cihazların ehtiyat batareyalarının meydana gətirdiyi yükdən qurtarmaq istəyən elm insanları, suyla təması halında yüksək miqdarda enerji istehsal edən bir toz inkişaf etdirdiklərini açıqladılar.

Milli.Az technote.az-a istinadən bildirir ki, həyatımızın imtina edilməz bir parçası halına gələn smartfonlar və tablet kimi mobil cihazların son illərdə olduqca təsirli bir şəkildə istifadə edilməyə başlandığı sahələrdən biri də, silahlı qüvvələr yəni ordular oldu.

Hərbi qulluqçuların işini olduqca asanlaşdıran bu mobil cihazlar ilə yaşanan ən böyük çətinlik isə, batareyası tükəndiyində rabitə kəsildiyi üçün ehtiyat batareya və ya güc qaynağı kimi əlavə cihazları daşımaq məcburiyyətində qalmalarıdır.

ABŞ ordusunda vəzifəli mütəxəssislər, batareyaların meydana gətirdiyi yükü yüngülləşdirmək üçün reallaşdırdıqları tədqiqatlarda, istifadə etdikləri təcrübi vəsaitlərdən birisinin suyla təmas halında yüksək miqdarda enerji istehsal etdiyini müəyyən etdilər.

Ubergizmo-ya görə ABŞ-ın Maryland əyalatində olan ABŞ Quru qüvvələri tədqiqat laboratoriyasında vəzifəli mütəxəssislər, nanogalvanik alüminium əsaslı bir tozu su ilə qarışdırdıqlarında, su üzərində qabarcıqlar meydana gəldiyini fərq edərək daha ətraflı bir tədqiqat etməyə başladılar.

Mütəxəssislər ətraflı bir araşdırma nəticəsində meydana gələn reaksiyanın, suyun oksigen və hidrogen elementlərinin bir-birindən ayrılmasına səbəb olan bir hidrolizə nəticəsində olduğunu müəyyən etdilər.

Az miqdarda su ilə qarışdırılan tozun oyuncaq bir tankı işlətməyi bacardığını ifadə edən mütəxəssislər, təxminən 1 kiloqramlıq bir toz ilə yalnız üç dəqiqə ərzində 220 kilovat enerji istehsal edilə biləcəyini hesabladıqlarını ifadə edirlər.

Laboratoriyanın silah və vəsait tədqiqat direktorluğunu icra edən fizikaçı Anit Giri, bu inkişafın olduqca həyəcan verici olduğunu ancaq gündəlik həyatda istifadə edilməsinin hazırda mümkün olmadığını ifadə edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.