Maraqlı

Bill Geyts “Instagram”da səhifə açdı- FOTO

17 Avqust 2017 08:15
0 Şərh     Baxış: 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft"un yaradıcısı Bill Geyts "Instagram"da səhifə açıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, dünyanın ən zəngin insanının profilində bildirilir ki, o, öz xeyriyyə fondunun fəaliyyəti və öz maraqları barədə danışmaq fikrindədir.
 
B. Geytsin ilk paylaşımı Tanzaniya səfəri ilə bağlı olub. İş adamı 3 foto yerləşdirib və Muxeza əyalətində məktəblilərlə etdiyi nahar barədə məlumat verib.
 
Qısa müddətdə səhifəni bəyənənlərin sayı 100 mini ötüb. Səhifə (@thisisbillgates) verifikasiya işarəsinə malikdir.
 
B. Geyts isə 25 akkauntu, o cümlədən həyat yoldaşı Melinda Geyts, "Facebook" rəhbəri Mark Zukerberq, "Instagram"ın həmtəsisçisi Mayk Kriger, məşhur tennisçi Rocer Federer, Nyu Yorkun sabiq meri Maykl Blumberqin, eləcə də bəzi xeyriyyə qurumlarının səhifələrini izləyir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.