Maraqlı

Yatarkən beynimizin yerinə yetirdiyi 5 funksiya - FOTO

23 Avqust 2017 23:01
0 Şərh     Baxış: 1 313
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gündəlik sutkanın üçdə bir hissəsini yatmaq ehtiyacı nə iləsə əsaslanmalıdır, düzdürmü?

Milli.Az "Ens"ə istinadən bildirir ki, alimlər yuxunu on illər ərzində araşdırıb və artıq yuxuda olan bəzi prosesləri aydınlaşdırıblar.

Beləliklə, beyin yuxu zamanı nə iş görür?

1. Qərar qəbul edir

Current Biology jurnalında dərc olunan araşdırma ondan xəbər verir ki, beyin yuxu zamanı qərar vermək imkanın malikdir. Bu araşdırmanın iştirakçılarından sözləri düymə basmaqla iki kateqoriyaya ayırmağı xahiş etdilər, təcrübə müddətində onlara yuxulamağa imkan verildi. Lakin təcrübə yuxu zamanı davam etdirildi - iştirakçıların beyni orqanizm yuxuya gedəndən sonra qərar verməyə davam etdi.

2. Xatirələri nizama salır

Yuxuda beyin yeni xatirələri emal edir, köhnələrlə əlaqəsini yoxlayır və yaddaşı elə nizamlayır ki, insan vacib anları unutmasın. Kaliforniya Universitetindən olan həkim Metyu Uokerin sözlərinə görə əgər insan sağlam yuxudan sonra fortepiano ilə məşğul olursa və növbəti gecə daha 8 saat yatırsa, bu zaman 1 gün sonra 20-30% daha yaxşı nəticə göstərir.

3. Assosiasiya yaradır

Yuxu zamanı beyin ilk baxışdan bir-birilə əlaqəsi olmayan şeylər arasında assosiativ əlaqələr yaradır. Bu qeyri-adi ideyaların yaranması və ya ətraf mühitin daha dərindən dərk olunmasına gətirib çıxara bilər. Buna görə də beyində yaranan gözlənilməz orijinal ideyalar öz-özünə yaranmır.

4. Toksinlərdən xilas olur

Araşdırmalar göstərir ki, yuxuda beyin neyrodegenerativ hüceyrə və toksinlərdən təmizlənir. Məlum olduğu kimi onların qatılaşması Alsqeymer və Parkinson xəstəliklərinin yaranmasına səbəb ola bilər.

5. Fiziki əməyi öyrənir

Yuxunun sürətli fazası zamanı orqanizmin hərəkət haqqında olan informasiyası beynin qırışlarından hərəkətə cavabdeh olan müvəqqəti yerə ötürülür. Bu bizə "düşünməyə" və fiziki aktivliklə bağlı olan məsələləri effektiv həll etməyə imkan verir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.