Maraqlı

ABŞ-da telefondan istifadə edən piyadalar cərimələnəcəklər - FOTO

14 Avqust 2017 23:04
4 Şərh     Baxış: 1 362
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Havay ştatının paytaxtı Honolulu şəhərində "Telefondan istifadə edən piyadaya pul cəriməsi" qanun layihəsi qəbul edilib. Bu, son zamanlar ağıllı telefonlara olan asılılığın aradan qaldırılması istiqamətində atılan addımlardan biridir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla da honolulular dünyada bir ilkə imza atıblar. Belə ki, Honoluluda yolu keçərkən telefondan istifadə edən piyadalar cərimələnəcəklər. Qəbul olunan yeni qanun layihəsinə görə, həmin piyadalara 75-99 ABŞ dolları məbləğində pul cəriməsi tətbiq ediləcək.

ABŞ Milli Təhlükəsizlik Şurasının yaydığı bəyanata əsasən, 2000-ci və 2011-ci illərdə 11 min 100-dən artıq adam yolu keçərkən yaralanıb. Yaralananların böyük bir qismi yolu telefondan istifadə edərək keçənlərdir.

Xatırladaq ki, Bakı ilə Honolulu uzun illərdən bəri qardaşlaşmış şəhərlərdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.