Maraqlı

Aparıcı canlı yayımda dizlərini yerə atıb... - VİDEO

12 Avqust 2017 23:03
5 Şərh     Baxış: 2 570

Rusiyanın "Zvyozda" telekanalının aparıcısı canlı yayımda tamaşaçıları və kanal rəhbərliyini təəccübləndirib. Aparıcının bu hərəkətindən sonra işdə qalıb-qalmaması sual altda olduğu üçün kanal rəhbəri açıqlama verməli olub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, informasiya proqramının aparıcısı Denis Kaçanov verilişin sonunda öz sevgilisinə evlilik təklif edib.

O, xəbər bülletenin bitirdikdən sonra əlavə bir xəbər də deyəcəyini bildirib. Sonra cibindən qırmızı bir qutu çıxararaq açıb, dizlərin yerə qoyaraq Marqarita Stepanovadan ona ərə gəlməyi xahiş edib.

Məsələyə münasibət gecikməyib, kanalın rəsmi səhifəsinə yerləşdirilən məlumatda hər şeyin qaydasında olduğu yazılıb.

"Marqarita təklifi qəbul edib. Denis efirdən sonra onu evə dəvət edib. Əminəm ki, onları xoşbəxt gələcək gözləyir. Denis istəsə məzuniyyət də götürə bilər" deyə kanalın xəbərlər departamentinin rəhbəri Maksim Dodonov bildirib.

Marqarita təklifi qəbul etdiyini təsdiqləyib: "Ən cəsur, qayğıkeş və sevgi dolu insana ərə gedirəm. Həyatımı dəyişən sevginə görə çox sağ ol".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Aparıcı canlı yayımda dizlərini yerə atıb...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Yağmur-S · 12 Avqust 23:0720

    Halaldı oğlana ,Allah xoşbext etsin

    Cavab yaz
  • Anonim
    Ilaska · 12 Avqust 23:0812

    Hec henanin yeridi?!:)

    Cavab yaz
  • Anonim
    gunka · 12 Avqust 23:4110

    baxanda demek olmazki dizleri yere deyen oglandi

    Cavab yaz
  • Anonim
    maqa · 13 Avqust 11:2600

    indiden dizlerini yere atirsa sonrasinnan Allah saxlasin yenede Allah xowbext elesin

    Cavab yaz
  • Anonim
    Heybet · 13 Avqust 11:4910

    BAMBILI

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.