Maraqlı

Qərblə Şərqi barışdıran SIFIRIN TARİXİ - FOTO

23 Avqust 2017 23:27
0 Şərh     Baxış: 1 354
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sıfır riyaziyyatın və mühəndisliyin təməlini qoyan rəqəmdir.

Milli.Az xəbər verir ki, hər şeydən öncə bu rəqəm gələcəyi təxmin etməyimizi təmin edir. Bunu anlamaq və sıfırın gücünü görmək üçün öncə onun necə meydana gəlməsi və tarix boyu apardığı mübarizəni bilmək lazımdır.
Sıfır rəqəmi konsept olaraq çox qədim zamanlardan bəri mövcud olub. Babillərin yazdığı gil lövhələrdə və Mayya yazılarında qarşımıza çıxan bu rəqəm mövsümlərin bir-birini əvəzləməsi ilə bağlı hesablamalarda istifadə edilib.

Qədimdə alimlər bir rəqəmin yoxluğunu bildirmək üçün sıfırdan istifadə edib. Eynən müasir dövrdə 101 dediyimiz zaman 10-luq pilləsində hər hansı rəqəmin olmadığını nəzərdə tutduğumuz kimi.

VƏTƏNİ

Sıfırın bütün riyazi potensialı ilə birlikdə normal bir rəqəm kimi qəbul edilməsi 2 min ilə başa gəlib və bu, Hindistanda gerçəkləşib.

Riyaziyyat tarixi haqqında araşdırmalar edən Aleks Bellos bu mərhələ üçün Hindistanın əlverişli şəraitə malik olduğunu söyləyib: "Heç bir şeyin bir şey olması fikrinin hind mədəniyyətində onsuz ad köklü bir yeri var idi. Məsələn, "nirvana" bir heçlik halıdır. Bu mərhələdə ikən bütün narahatlıq və arzularınızdan təmizlənmiş olursunuz. Belə isə heçliyi ifadə edən bir simvol niyə də olmasın?

İlk vaxtlar bu simvola "şunya" adı verildi. Bu gün həmin ölkədə bu ifadə qavrayış olaraq heçlik, say olaraq isə sıfır mənasında istifadə edilir.

Bu gün istifadə etdiyimiz bütün rəqəmlər forma olaraq müəyyən dəyişikliklərə məruz qalsa da, sıfır hər zaman dairə formasında olub.

Əvvəllər sıfırın yuvarlaqlığını heçliyi təmsil edən bir dəlik olaraq başa düşürdüm. Lakin hind mistitizmi bu yuvarlaqlığı yaşam dövriyyəsi və ya "ölümsüzlük qıvrımı" kimi şərh edir".

ƏSƏB SAY SİSTEMİNDƏ

Sıfır Cənubi Asiyada özünə müəyyən yer tutduqdan sonra Orta Şərqə keçib. Buradakı islam alimləri sıfıra sahib çıxıb və bu gün istifadə etdiyimiz ərəb say sisteminin bir qismini yaradıblar.

Bu ruhani və intellektual başlanğıcın ardınca sıfır sıxıntılarla qarşılaşmağa başlayıb: xristianlığın İslam dininə qarşı açdığı savaş, xaç yürüşləri və s.

1299-cu ildə Florensiyada bütün ərəb rəqəmləri ilə birlikdə sıfırın da istifadəsi qadağan edilib. Səbəb isə sıfırın asanlıqla 9 rəqəminə çevrilərək və rəqəmlərin sonuna bir neçə sıfır əlavə edilərək qiymətlərin şişirdilməsi olub.

Nəhayət, 15-ci əsrdə bütün ərəb say sistemi geniş şəkildə istifadə edilməyə başlanıb. Bu İngiltərədəki Oksford Universiteti və inkişaf edən mətbəə sayəsində baş verib. Bu iki arqument sıfırın riyaziyyatda bir fikir olaraq inkişaf etməsinə yardımçı olub və bu gün istfadə edilən elmi, texnoloji sahələrə təməl atıb.

İNTİBAH DÖVRÜNÜN YARADICISI

Bu rəqəm 17-ci əsrdə fransız filosofu Rene Dekartın icad etdiyi "kartezyen" koordinat sisteminin təməlini təşkil edirdi. Hazırda mühəndislikdən kompüterə qədər bütün sahələrdə bu sistemdən istifadə edilir.

Aleks Bellosun dediyi kimi, İntbah mədəniyyəti əslində, sıfırın daxil olduğu ərəb say sisteminin gəlişi ilə başlayıb. Beləcə arifmetikanın ağ-qara dünyası sıfırın gəlişi ilə möhtəşəm rənglərə boyanıb. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.