Maraqlı

VW ucuz krossoverin dizaynını göstərdi - FOTO

21 Sentyabr 2017 23:05
0 Şərh     Baxış: 1 364
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Volkswagen şirkəti yeni krossoverin dizaynını nümayiş etdirən şəkli dərc etdi. Bu avtomobil Tiguan - T-Roc-dan bir pillə aşağı yeri tutacaq. Şəkil alman avtomobil istehsalçısının Twitter səhifəsində yerləşdirilib.

Milli.Az auto.az-a istinadən bildirir ki, Volkswagen-də heç bir əlavə məlumat verilməyib. Bir qədər əvvəl şirkət yeniliyin xüsusiyyətlərindən danişilan videoçarx dərc etmişdi. O cümlədən, məlum olub ki, T-Roc iki rəngli ban rəngi və rəqəmsal cihaz paneli əldə edəcək.

Daha əvvəl məlum olub ki, yolsuzluq avtomobilini MQB modul platformasının A0-versiyasında düzəldəcəklər. Sonuncu nəsil Seat Ibiza və Volkswagen Polo hetçbeklərinin hazırlanmasında da bu şassidən istifadə olunub. T-Roc-un rəqibləri Nissan Juke, Mazda CX-3 və Renault Captur olacaq.

Volkswagen-nin yeni yolsuzluq avtomobilinin təqdimat mərasimi avqustun 23-ü, modelin ilk açıq nümayişi isə sentyabrda Frankfurt avtosalonunda keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.