Maraqlı

Spinnerlər təhlükəlidir - ABŞ-dan XƏBƏRDARLIQ!

15 Avqust 2017 23:45
2 Şərh     Baxış: 2 040
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın kütləvi istehlak mallarının sertifikatlaşdırılması ilə məşğul olan dövlət qurumu spinnerlərin zərərləri barədə rəsmi bəyanat yayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, qurumun saytında yerləşdirilən bəyanatda satıcılara və alıcılara xəbərdarlıq edilir.
 
Bildirilir ki, plastik və metal spinnerlər bəzən parçalanıb dağılır və kiçik uşaqların bu hissələri udması təhlükəsi var. Komissiya spinnerləri ağıza almamağı da tövsiyə edib.
 
Batareyalı spinnerlər isə şarj zamanı partlaya bilər, ona görə də komissiya yalnız cihazla birlikdə satılan orijinal naqillərdən istifadə etməyi məsləhət görür.
 
Qeyd edək ki, son vaxtlar spinnerlər bütün dünyada, xüsusən uşaqlar arasında xeyli populyarlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.