Maraqlı

Özü hərəkət edən kresloları sınanacaq - VİDEO

15 Avqust 2017 08:25
0 Şərh     Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Panasonic" şirkəti "WHILL" şirkəti ilə birgə məhdud qabiliyyətli insanlar üçün aeroportlarda istifadə məqsədilə özü hərəkət edən kreslo hazırlayıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, kreslo xüsusi mobil proqramın köməyi ilə idarə olunur. İstifadəçi mobil proqramda təyinat nöqtəsini göstərir, bundan sonra kreslo öz yerini müəyyənləşdirir və yaddaşa yüklənmiş aeroportun xəritəsindən istifadə edərək optimal marşrut seçir. Daxili sensorlar kreslonun hərəkətsiz maneələr və ya başqa sərnişinlərlə toqquşmasının qarşısını almağa imkan verir. Sərnişin təyinat nöqtəsinə çatdıqdan sonra kreslo özü geri qayıdır.
 
İstehsalçıların planına görə, özü hərəkət edən kresloların sınağı 8 avqust 2017-ci ildən 31 mart 2018-ci ilədək Tokionun Haneda aeroportunda keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.