Maraqlı

Qədim və gözəl qəsr satılır - FOTO

12 Avqust 2017 22:01
0 Şərh     Baxış: 931
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin çay sahilində yerləşən və hələ yeni sahibini tapmamış son qəsrlərindən olan Koversuoll satışa çıxarılıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Staffordşir qraflığındakı Stok on Trent şəhərinin yaxınlığında, çay sahilində yerləşən bu qəsrin ilkin satış qiyməti 5 milyon funt-sterlinqdir.

3 mərtəbəli qəsrdə 18 yataq otağı, 9 qonaq otağı, 13 vanna otağı, bilyard zalı, köhnə zirzəmi və s. var.

13-cü əsrdlə tikilmiş qəsrin indiki sahibi, 46 yaşlı Robin Makdonald tikilini 2006-cı ildə 1,7 milyon funt-sterlinqə satın almışdı.

Qəsrin ətrafındakı 20 şektarlıq ərazi də satış təklifinə daxildir.

Makdonald bu qəsri toy və ad günləri üçün icarəyə verir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.