Maraqlı

Nikon üçün 3 ən yaxşı mobil tətbiqetmə

3 Avqust 2017 08:46
0 Şərh     Baxış: 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əsas məsələ kameralar olanda bazardaki iki nəhəngdən biri Canon-la yanaşı duran Nikon-dur. Orta səviyyəli kameraları çox baha deyil və yetəri qədər effektiv çalışırlar. Eyni ilə Canon və digər oxşar markalarda olduğu kimi bu cihazlarıda smartfonlar vasitəsilə idarə etmək mümkündür. Bu imkanı yaradan tətbiqlər saysızdır. Biz isə sizə bu tətbiqlər arasından bir neçə ən yaxşısını seçmişik.

  1.Camera Connect and Remote 

Milli.Az technote.az-a istinadən bildirir ki, Camera Connect and Control Nikon-un ən stabil tətbiqlərindən biridir. Markanın satışda olan 80% modellərini dəstəkləyir. Ödənişsiz versiyası çəkilən şəkillərə baxmaq, şəkillərin və ya videoların telefon üzərindən çəkilməsi, shutter-i idarə etmək kimi funksiyalardan istifadəyə imkan yaradır.    

    2. Camera Remote Control

Bu tətbiq smartfonunuzu fotoapart üçün idarə panelinə çevirir. Kameranı tripoda taxıb sonra qıraqdan rahatca idarə üçün ideal vasitədir. Bu tətbiq tamamilə ödənişsizdir.  

3. Magic Nikon Viewfinder

Digərlərindən fərqli olaraq bu tətbiq fotoaparatlarınızı idarə etməyə imkan yaratmır. Amma, ətrafı gəzib çəkiliş üçün ən yaxşı yerləri tampaq üçün əla vasitədir. Tətbiq telefondan istifadə edərək çəkdiyi şəkillərin Nikon-da necə görünəcəyini göstərir. En-hündürlük nisbətini dəyişir və hətta exposure-a belə müdaxilə edə bilir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.