Maraqlı

Bir stəkan nanə çayı görün nələrə qadirdi?

27 İyul 2017 23:17
2 Şərh     Baxış: 4 263
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ləzzətli və xeyirlidir!

Müasir dövrdə insanlar qeyri-sağlam qidalandıqları üçün bədəndə daha çox toksinlər yığılır. Supermarket rəflərində də zərərli qidalar üstünlük təşkil edir. Bu cür qidaların mənfi təsiri ilk növbədə qaraciyərdə öz əksini tapır.

Qaraciyəri qorumaq üçün həkimlər mütəmadi olaraq detokstasiya etməyi məsləhət görür.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, diyetoloqların sözlərinə görə, bu, ən effektli üsullardan biridir.

İnqrediyentlər:

Bir ovuc təzə nanə yarpağı

Bir az limon şirəsi

Bir qədər portağal şirəsi

1 litr təmiz su

Dad üçün bal

Hazırlanması:

Qazana su töküb qaynamasını gözləyin. Suya nanə yarpağı əlavə edib təxminən 5 dəqiqə saxlayın. Bir neçə dəqiqə soyumasını gözləyin. Sonra isə bal, limon qabığı, limon və portağal şirəsini əlavə edin.

Bu içkini ilıq və ya soyuq halda qəbul etmək olar. Gündə bir dəfə nanə çayı içmək həm qara ciyəri təmizləyəcək, həmçinin mədə və həzm sisteminin fəaliyyətini yaxşılaşdıracaq.

Yadda saxlayın ki, qaraciyər xəstəlikləri uzun müddət nəzərə çarpmaya bilər. Odur ki, sağlam qidalanma qaydalarına əməl edin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.