Maraqlı

Ebrunun sevgilisi məhkəmə qərarı ilə arvadını özündən uzaqlaşdırdı

27 İyul 2017 15:12
3 Şərh     Baxış: 1 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ebru Şallı ilə qanunsuz eşq yaşaması ilə gündəmə gələn iş adamı Uğur Akkuş həyat yoldaşı Qonca Akkuşla bağlı məhkəmə qərarı çıxardıb və onu özündən 4 ay uzaqlaşdırma qərarı aldırıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 10 illik həyat yoldaşı ilə sevgili olaraq ailə həyatını dağıtdığı üçün Ebrunu məhkəməyə verən Qonca özü gözləmədiyi qərarla üzləşib.

Belə ki, iş adamı xanımının psixi problemlərinin olduğunu əsas gətirərək onu özündən 4 ay uzaqlaşdırma qərarının verilməsini tələb edib. Məhkəmə isə onun tələbini yerinə yetirməklə yanaşı, Qonca Akkuşu əsəb xəstəlikləri dispanserinə yatırtmaq haqda qərar çıxarıb.
 
Ebru Şallı isə bu qərardan sonra səssizliyini pozaraq sosial şəbəkədə Şəmsin "Anladım ki, insanlar susanı qorxaq, görməzlikdən gələni axmaq, bağışlamağı biləni isə "çantada kəklik" sanırlar. Amma yanılırlar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.