Maraqlı

Tanış olun: bu qadın 40 ildir adada tək yaşayır - VİDEO - FOTO

26 İyul 2017 11:29
4 Şərh     Baxış: 2 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Seyb Aylend Kanada sahillərinin yaxınlığında yerləşən kiçik adadır.

Yeni Şotlandiyadan 180 km cənub-şərqdə, Atlantik okeanının şimal hissəsindəki bu ada aypara formasındadır. Uzunu 42 km olan adanın eni ən geniş hissəsində 1,5 kilometrdir.

Ada vəhşi atların və tevayk suitilərinin məkanı sayıldığından xüsusi mühafizə altındakı qoruqdur.

Milli.Az NBC-yə istinadən bildirir ki, dünyanın ən tənha adalarından biri sayılan Seybldə 67 yaşlı Zoya Lukas yaşayır və çalışır.

İlin 127 günü dumanlı olan adada ömrünün 40 ilini keçirmiş Zoya Lukas alim-naturalistdir, ekoloqdur.

O, adadakı ekoloji müşahidə məntəqəsinə rəhbərlik edir.

Daha doğrusu, məntəqənin personalı elə Zoyadan ibarətdir.

400 at, 300 min tevyak suitisi və 350 növdə quşla birlikdə ömür sürən Zoya Lukasın dediyinə görə, adada tək yaşamağa alışıb və özünü əsla tənha hiss etmir.

"İlk əvvəl buraya atlara görə gəldim. Sonra qaldım, alışdım. İndi özümü adasız təsəvvür edə bilmirəm", - Halifaksdan olan 67 yaşlı Zoya söyləyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Tanış olun: bu qadın 40 ildir adada tək yaşayır

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.