Maraqlı

Bu ölkədə pomidoru polis qoruyur

25 İyul 2017 22:41
0 Şərh     Baxış: 1 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda qəribə durum yaranıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Hindistanın Madyan Pradeş əyalətində pomidorun qiyməti sürətlə artıb. Bu da öz növbəsində digər məhsulların qiymətinə təsir göstərib. Əyalətdə pomidorun oğurlanması statistikasında ciddi artım müşahidə edilib. Əyalət rəhbərliyi pomidorun oğurlanmasının qarşısını almaq məqsədilə bazarlara və digər satış nöqtələrinə silahlı polislər yerləşdirib.

Məlumatda qeyd olunur ki, əslində Maydan Pradeşdə bu il pomidor ştilləti əvvəlki illərdən çox əkilib. Ötən il pomidor istehsalı az olduğundan bir çox sahibkarlar yalnız pomidor əkməyə qərar verib.

Lakin şiddətli yağışlar tarlalarda məhsulu məhv edib. Bu səbəbdən də qiymət əvvəlki illərlə müqayisədə 3-4 dəfə qalxıb. Hazırda sözügedən əyalətdə 1 kiloqram pomidorun qiyməti 2 dollardır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.