Maraqlı

Moruq xərçəng şişləri hüceyrələrini məhv etməyə qadirdir

25 İyul 2017 22:31
6 Şərh     Baxış: 5 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moruğun sağlamlıq üçün faydaları çoxlarımıza məlumdur. Soyuqdəymə zamanı ilk anda şəfamızı moruq çayında axtarırıq. Mövsümündə isə yəqin ki, ətirli moruqdan heş kim imtina etməz.
Son dövrdə alimlər moruğun orqanizm üçün daha bir möcüzəvi faydasını aşkar ediblər.

Milli.Az modern.az-a istinadən bildirir ki, amerikalı alimlər son tədqiqatlar zamanı belə qənaətə gəliblər ki, moruq xərçəng şişləri hüceyrələrini məhv etməyə qadirdir. Bağırsaqlarında xərçəng şişləri olan heyvanların üzərində aparılan eksperimentlər ağlasığmaz nəticələr verib. Belə ki, xəstə heyvanların qida rasionuna yalnız moruqdan hazırlanmış cövhər daxil edilib. Nəticədə bağırsaqlarda olan xərçəng şişləri hüceyrələri tamamilə məhv olub.

Hazırda amerikalı mütəxəssislər tədqiqatlarının təkmilləşdirilməsi üzərində çalışırlar.

Moruğun əsas faydalarından biri isə kişi sağlamlığına müsbət təsiridir. Məhz moruğun tərkibində olan maqnezium kişilərdə testosteronun səviyyəsinin normada olmasını təmin edir. Bununla yanaşı moruq kişi spermasının oksidləşməsinin də qarşısını alır.

Sağlamlığınızın qayğısına qalmaq istəyirsinizsə mövsümündə moruqdan bolluca istifadə edin. Həm ətrindən zövq alın, həm də xoşagəlməz xəstəliklərdən özünüzü sığortalayın.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.