Maraqlı

Stres çarxının yeni rəqibi - Orbiter - VİDEO

25 İyul 2017 19:26
1 Şərh     Baxış: 1 448
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Spinner son zamanların ən çox satılan oyuncaqlarındn biri oldu. Lakin görünür onların yaxın zamanda yeni rəqibi peyda olacaq. Söhbət, maqnit vasitəsilə fırlanan kiçik kürəciyə sahib Orbiter adlı cihazdan gedir.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, orbiter özündə kiçik fırlanan kürəciyi birləşdirən üzüyə bənzəyir. O bir növ spinneri xatırladır. Lakin spinnerdən fərqli olaraq o, mərkəzdə olan diyircəyin sayəsində, kiçik kürəcik isə maqnit sayəsində fırlanır. Bundan əlavə olaraq Orbiter-i, spinnerdən fərqləndirən daha bir özəllik isə onun müxtəlif tərzdə fırlanmasıdır. Bununla yanaşı həmin kürəciyi, cihazın mərkəzinə yerləşdirib fırlatmaq da olar. Spinnerləri müxtəlif qiymət göstəricilərinə görə tapmaq olar.

Orbiter-in standart qiyməti isə 45$ təşkil edir. Bu cür yüksək qiymət göstəricisinə baxmayaraq bu layihə, IndieGoGo-da platformasında 10.000$ vəsait yığmağı bacardı. Əslində isə cihazın yaradıcıları insanlardan 4000$ vəsait istəyirdilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.