Maraqlı

25 arvadı, 145 uşağı olan keşiş həbs olundu - FOTO

25 İyul 2017 15:42
2 Şərh     Baxış: 2 123
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadada 61 yaşlı Uinston Bləkmor həbs olunub. "Bountiful" mühafizəkar xristian sektasının banisi və rəhbəri olan bu keşiş poliqanizmi, yəni çoxarvadlılığı təbliğ edirdi.

Milli.Az CBCNews-ə istinadən bildirir ki, Kanadanın Britaniya Kolumbiyası əyalətindəki "Bountiful" sektasının rəhbəri U.Bləkmorla yanaşı, onun "sağ əli", 53 yaşlı Ceyms Oler də tutulub. Ceyms Olerin 5 arvadı var.

Uinston Bləkmor 1990-cı ildən bəri 25 qadınla evlənib. Həmin qadınlar 145 övlad dünyaya gətiriblər.

Bləkmorun ilk və "böyük" arvadı Ceyn deyib: "Ərim Tanrının ona əmr etdiklərini gerçəkləşdirdiyini söyləyirdi. Biz də ona inanırdıq".

Dünən Kranbruk şəhərində U.Bləkmorun məhkəmə prosesi başlayıb.

U.Bləkmor və Ceyms Oler hələ 1990-cı illərdə məsuliyyətə cəlb olunmuşdular. Lakin Kanada qanunvericiliyindəki boşluqlar səbəbindən olan həbsdən qurtulmuşdular.

U.Bləkmorun yaratdığı "Bountiful" sektası ABŞ-dakı "Son Gülərin Müqəddəslərin İsa Məsiha Kilsəsi"nin, yəni mormonların sabiq mənsublarıdır.

Mormonların "peyğəmbər"i Uorren Ceffs 2002-ci ildə Uiston Bləkmorla onun 4 əlaltısını kilsədən qovandan sonra onlar ABŞ-ın Aydaho ştatının şimalına köçmüş, orada sekta qurmuşdular. Sekta daha sonra Kanadada güclənib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.