Maraqlı

13 yaşlı oğlan 13 yaşlı hamilə qızla evləndirildi - VİDEO - FOTO

25 İyul 2017 14:21
2 Şərh     Baxış: 4 303
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təbrik və alqış sədaları altında 13 yaşlı oğlan yaşıdı olan hamilə qızın əlindən tutur, onun barmağına üzük taxır.

Onlar bəylə gəlindir.

Milli.Az Xinhua-ya istinadən bildirir ki, toy Çinin Haynan vilayətinin Dinqan bölgəsində olub.

Toyun videosu sosial şəbəkələrdə yayılandan sonra böyük qalmaqal qopub. Haynan şəhərinin hakimiyyət strukturları 13 yaşlı hamilə qızın ərə verildiyi toyun təşkilatçılarını arayırlar.

Polisdən verilən məlumata görə, ərə verilən 13 yaşlı qız 5 aylıq hamilədir.

Bəylə gəlin 13 yaşlı, yəni yetkinlik yaşına çatmamış olduqlarından onların nikahı rəsmiləşdirilməyib.

Çində nikah yaşı qadınlar üçün 20, kişilər üçün 22-dir. Buna rəğmən, ölkə əyalətlərində erkən nikahların sayı az deyil.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

13 yaşlı oğlan 13 yaşlı hamilə qızla evləndirildi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.