Maraqlı

"Süd məhsulları istifadə etmirəm ki, gözəl qalım"

24 İyul 2017 23:46
0 Şərh     Baxış: 2 254
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Vera Brejneva gözəllik sirlərindən danışıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, qida rasionuna fikir verdiyini deyib: 

Səhərim üç şeylə başlayır: təbəssüm, bir stəkan ilıq su və  və yüngül idman hərəkətləri. Gündə mütləq 3 dəfə yemək yeyirəm.  Sıyıqları çox sevirəm, buna görə də səhər yeməyim ən çox sıyıqlardan ibarət olur. Mənim üçün nahar qidanın ən sıx qəbul olunduğu vaxtdır. Şam yeməyi isə ən yüngülüdür, o, axşam saat 8-ə qədər bitməlidir. Şam yeməyim tərəvəzlərdən ibarət olur, ağ və ya yaşıl rəngli olmalıdır, çünki sarı, qırmızı və narıncı rəngli tərəvəzlərdə şəkər var".

Brejneva bildirib ki, şəkər istifadə etmir. Onun əvəzinə baldan və meyvələrdən yararlanır. İfaçı süd məhsullarından da yan qaçdığını deyib:

"Mən süd məhsullarını istifadə etmirəm, nə qatqısız süd, nə xama. Salata xamanın yerinə yoqurt əlavə edə bilərəm. Bəzən kəsmik yeyirəm. Günün axırında yarım litr su içirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.