Gözəllikləri ilə hər kəsin diqqətini cəlb edən dünya ulduzları buna görə müxtəlif kosmetoloji prosedurlara və müdaxilələrə borcludurlar.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bundan başqa onlar təbii baxım vasitələrini də gözardı etmirlər.
Cennifer Lopez
Müğənni Cennifer Lopez həddindən artıq ac olduğu zaman qreypfrut qoxlayır. O, bununla da özünü daha yaxşı hiss etdiyini deyir.
Ancelina Coli
Hollivud aktrisası Ancelina Colinin dərisinə yağlarla qulluq etdiyini gözləmək, ucuz prosedurlardan yararlandığını güman etmək əlbəttə ki, inandırıcı olmazdı. Aktrisa kürü vasitəsilə dərisini təravətli saxlamağa nail olur.
Cennifer Love Heuitt
Cennifer üzündəki sızanaqlardan qurtulmaq üçün diş məcunundan istifadə edirmiş. Mentolun qızartıya yaxşı təsir etdiyini deyən məşhur xanım istifadədən öncə dərinin bir hissəsinə test edib allergik reaksiya verib-verməyəcəyini yoxlamağı da tövsiyə edir.
Viktoriya Bekhem
Modelyer Viktoriya Bekhem quş nəcisi yeyərək gözəlliyini və gəncliyini qoruyacağını düşünür.
Demi Mur
Aktrisa Demi Murun olduqca gənc görünməsinin səbəbi isə zəli müalicəsindən istifadə etməsidir. Qanını zərərli maddələrdən bu üsulla təmizləyən aktrisa prosedurun ağrılı olmasını özünə problem etmir.
Kameron Diaz:
Aktrisa Kameron Diaz kimyəvi pilinqlərin əvəzinə süd tozundan istifadə edirmiş. Bu üsulu şiddətlə tövsiyə edən Kameron dərinin prosedur sonrası yumşaq olduğunu deyir.
Milli.Az