Maraqlı

Orta əsrlərdə yaşayan gəncin həyatından son görüntülər - FOTO

24 İyul 2017 23:12
8 Şərh     Baxış: 2 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Moskva şəhərindən 70 km məsafədə yerləşən Sergiyev meşəsində yaşayan bir gəncin hekayəsini eşidən hər kəs təəccüb içində qalıb.

Milli.Az xəbər verir ki, 24 yaşlı Pavel Sapojnikov orta əsrlərdə olduğu kimi yaşamağa qərar verib.

Moskva universitetində təhsil alan Pavel birdən-birə standart həyatını tərk edib və sivilizasiyadan uzaqlaşıb.

Onun bu həyat tərzini seçməsinə səbəb isə ulu babalarının həyat şərtlərinə duyduğu maraq olub.

Modern həyatdan və texnologiyadan imtina edən gənc sahib olduğu hər şeyi ana təbiətdən aldığını deyib. Artıq 8 aydır ki, sivilizasiyadan imtina edən Pavelin sadəcə odunu və suyu var. Ərzaq təminatını isə bəslədiyi keçi və toyuqlar sayəsində qarşılayır.

Pavelin yaşadığı yerdə havanın temperaturu -30 dərəcəyə qədər düşür. Bu cür çətin şəraitdə yaşayan gəncin həyatı ilə maraqlanan fotoqraflar onu ziyarət edib və keçirdiyi bir günü lentə alıb.

Həmin fotoları təqdim edirik. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.