Maraqlı

Ərdoğanın "canavar"a bənzəyən lüks maşını - FOTO

23 İyul 2017 17:24
0 Şərh     Baxış: 4 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xidməti maşını ilə bağlı maraqlı məlumat yayılıb.

Ərdoğanın xidməti avtomobili "Mercedes" S600 modelidir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, prezidentin maşını texnoloji özəlliklərinə, xüsusilə təhlükəlisizlik baxımından üstün funksiyalara malikdir. Ərdoğanın maşını 1 milyon lirəyə bərpa edilib.



Maşının ön işıqlarının yanında gözyaşardıcı qaz cihazı yerləşdirilib. Sürət həddini aşdıqda ön işıqlar daha parlaq yanır.



Avtomobilin təkərləri deşilməyə və partlamağa qarşı davamlıdır. Təkərlədə hər hansı problem, deşilmə olarsa? polad təkərlər dövrəyə girərək maşının hərəkətdə olmasını təmin edir.



S600 modellərindən fərqli olaraq Ərdoğanın xidməti avtomobili daha uzun olan, güllə keçirməz və müxtəlif cür patlayıcılara qarşı qorunma xüsusiyyətlərinə malikdir.
Avtomobilə kimyəvi hücumlar olsa belə, zəhərli hava avtomobilin salonuna daxil olmur.



Ərdoğanın gündəlik istifadə etdiyi maşının saxlan yeri titandan hazırlanıb. Qapıları 13 sm-lik dəmirlə gücləndirilib. Haqqında danışdığımız maşına xüsusi üstünlüklərinə görə Ərdoğanın "canavarı" da deyirlər.



Avtomobilin telefonu birbaşa peykə bağlıdır. Hərəkətdə olarkən avtomobildə hər hansı təhlükə yaranarsa, telefon əlaqəsi kəsilmir, prezidentin mühafizəçiləri dövlət qurumları ilə maneəsiz əlaqə yarada bilirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.