Maraqlı

Rusiyada avtobus uşağı yol ilə sürüyüb - VİDEO

23 İyul 2017 13:38
0 Şərh     Baxış: 1 181
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Norilsk şəhərində sərnişin avtobusu ayağı qapıda qalan dördyaşlı qızı yolda bir neçə metr özü ilə sürüyüb. Uşaq sıyrıntı və yaralarla xəstəxanaya çatdırılıb.

Milli.Az "Report"a istinadən bildirir ki,bu barədə Daxili İşlər Nazirliyinin Krasnoyarsk vilayəti üzrə Baş İdarəsinin saytında məlumat yerləşdirilib.

Hadisə qız anası ilə avtobusa minən zaman baş verib. O, ayağını avtobusun pilləkəninə qoyan zaman qapılar bağlanıb və nəqliyyat vasitəsi yerindən tərpənib.
Sürücü avtobusu hadisə şahidlərinin onun ardınca qaçdığını gördükdən sonra saxlayıb.

Onun barəsində zərərçəkmişin sağlamlığına orta-ağır ziyan vurulması ilə nəticələnən yol hərəkəti qaydasının pozulmasına görə protokol tərtib olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.