Maraqlı

Pilotsuz kater suda batan insanları xilas edəcək

25 İyul 2017 08:31
0 Şərh     Baxış: 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin şərqində Tyanye gölündə batan insanların xilası üçün istifadə olunan ilk avtonom kater istifadəyə verilib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, kater "GPS" qəbuledicisi, kamera, eləcə də akustik və infraqırmızı ötürücülərlə təchiz edilib ki, bu da ona sahildən uzaqlaşan hərəkətdə olan hədəfləri izləməyə imkan verir. Buna əlavə olaraq suyun kənarında təxminən 20 infraqırmızı və optik ötürücü, habelə radioötürücülər quraşdırılıb.
 
Bildirilir ki, sistem 70 hektarlıq göl sahəsini təhlükəsiz və təhlükəli ərazilərə bölməyə şərait yaradır. Pilotsuz kater təhlükəli zonalara düşən üzgüçülərə gölün təhlükəsiz hissəsinə qayıtmaları barədə xəbərdarlıq edir. Bundan başqa, dron-xilasedici sahilə yaxınlaşmaq üçün tutub durmağa imkan verən tutacaqlarla təchiz edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.