Maraqlı

Hyundai i30-u fastbəkə çeviriblər - FOTO

23 İyul 2017 13:15
0 Şərh     Baxış: 1 607
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hyundai şirkəti i30 modelinin yeni modifikasiyasını təqdim edib - fastbək tipli ban. Hetçbəkdən müvafiq olaraq 30 və 115 mm alçaq və uzun olan Hyundai i30 Fastback xarici görünüş cəhətdən standart modeldən daha rəvan dam xətti ilə fərqlənir.

Milli.Az auto.az-a istinadən bildirir ki, bundan əlavə,  yenilik arxa qapıda spoyler, o cümlədən bir qədər dəyişilmiş qabaq bamper alıb. Fastbək, həmçinin təkmilləşdirilmiş asılqan alıb ki, ona 15% daha sərt olan yenidən tənzimlənmiş amotizatorlar daxildir.

Mühərriklər sırasına 3-silindrli, 1-litrlik (120 a.g.) və 1,4-litrlik (140 a.g.) verən benzin turbo aqreqatlar daxildir. Birinci yalnız 6-pilləli mexaniki, digəri isə 7-diapazonlu, iki muftalı robotlaşdırılmış sürət qutusu ilə birgə çalışır.

Dizel sırasına 1.6-litrlik, 110 və 136 a.g. verən iki mühərrik daxildir. Hər iki mühərrik həm mexaniki, həm də robotlaşdırılmış sürət qutusu ilə çalışacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.