Maraqlı

Mercedes ilk pikapını təqdim edib - FOTO

23 İyul 2017 17:15
0 Şərh     Baxış: 1 910
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mercedes-Benz yeni X-Class modelini təqdim edib - bu, brendin tarixində ilk seriyalı pikapdır. Şirkətin mətbuat xidmətinin məlumatına görə, model Avropa bazarına cari ilin sonlarında çıxacaq.

Milli.Az auto.az-a istinadən bildirir ki, avtomobil ötən ilin oktyabrında təqdim olunmuş eyniadlı konsept-kar üslubunda hazırlanıb. X-Classs Renault ilə birlikdə hazırlanıb - alman pikapı Renault Alaskan və Nissan Navara ilə eyni platformada yığılıb. Yeniliyin baza modifikasiyaları 4-silindrli, 2,3-litrlik, 163 a.g.-ə (220d versiyası) malik turbodizel ilə təchiz ediləcək. Bu mühərrik əlavə turbin və fərqli sürət pilləsi ilə 190 a.g. verə bilər (250d versiyası). Bəzi bazarlarda avtomobil benzin mühərriklə təchiz ediləcək (165 a.g.)

Əvvəlcə X-Class arxa ötürücülü olacaq, daha güclü modifikasiyalar isə tam ötürücü sistemi alacaqlar. Bundan əlavə, yaxın aylarda Mercedes X-Class versiyasının V6 dizel (3,0 litr, 255 a.g.) versiyasını təqdim etməyi planlaşdırır.

Mercedes X-Class-ın bütün versiyaları, o cümlədən baza versiyası eyni ağırlıq qaldırma gücünə malik olacaq - 1 ton. Buna baxmayaraq, 3,5 ton ağırlığında yedək darta bilər. Pikap Mercedes-in sedanlarına uyğun təhlükəsizlik sistemi alıb. Söhbət avtomatik dayanma, dairəvi müşahidə və SİM kart qoşula bilən Command multimedia sistemindən gedir.

Seriyalı X-Class bir sıra modifikasiyalarda təklif ediləcək: ağır yolsuzluq şəraitinə uyğun versiyadan tutmuş ailəvi modifikasiyaya qədər. Bir qədər əvvəl almanlar yeniliyin iki modifikasiyasını göstərmişdilər: Stylish explorer və Powerful adventurer. Birincisi şəhərdə sürülmək üçün nəzərdə tutulub: o, 22-düymlük disklərə, ayaqaltılara və banın üzərində əlavə diodlu işıqlara malikdir. Powerful adventurer dartma mexanizmi, ban üçün əlavə qoruyucu və yolsuzluq şinləri ilə təchiz edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.