Maraqlı

Dünyada yeni avtomobil istehsalçısı peyda oldu - FOTO

23 İyul 2017 14:40
0 Şərh     Baxış: 1 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikanın Scuderia Cameron Glickenhaus (SCG) şirkəti avtomobil istehsalçısı statusu və ABŞ-ın yol hərəkəti təhlükəsizliyi üzrə Milli Federasiyasının bəzi güzəştlərini alıb. Bu barədə şirkətin Facebook səhifəsində məlumat verilib.

Milli.Az auto.az-a istinadən bildirir ki, güzəştlərə bəzi ekoloji standartlara, o cümlədən zərərli tullantıların məhdudlaşdırılması barədə normativlərə riayət etməməyə icazə daxildir. Amerika hökuməti bu cür icazələri yalnız tək-tük avtomobil və ya replikarlar buraxan şirkətlərə verir. SCG isə cəmi 325 ədəd sportkar istehsal etməyə hazırlaşır və məhz buna görə də status ilə yanaşı, bu güzəştləri də əldə edib.

SCG şirkəti 3 sportkar hazırlayacaq: SCG 003S - superkar, ümumişlək yollarda istifadə edilmək üçün sertifikatlaşdırılıb. Avtomobil 4,4-litrlik, 750 a.g.-ə (800 Nm) malik səkkizliklə və 7-pilləli sekvental sürət qutusu ilə təchiz edilib. Bu avtomobil ilk yüzlüyü 2,9 saniyəyə yığır, maksimal sürət isə 350 km/saatdır.

Tam ötürücülü yürüş superkarı SCG 003C 3,5-litrlik, 530 a.g. verən tvin-turbo Honda altılığı ilə təchiz edilir və artıq Nyurburqrinqdəki marafonda əks-səda doğurub. Bu avtomobil yalnız yürüş sertifikatı alıb. Üçüncü superkar SCG 003CS-dir. O, avqustun 18-də təqdim ediləcək və gələn ildən satışa çıxarılacaq.

Hər bir sportkar 2 milyon dollara satılacaq. İl ərzində cəmi 6 avtomobilin istehsalı planlaşdırılır, 2019-cu ildən isə satış ikiqat artmalıdır. Bundan sonra şirkətin sahibi, eks-rejissor və biznesmen Ceyms Qlikenhaus digər layihələrlə məşğul olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.