Maraqlı

Məşhur uşaq mahnımız Rusiyanın verilişində əcnəbi dildə... - VİDEO

21 İyul 2017 14:02
0 Şərh     Baxış: 4 023
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın tanınmış gənc rəssamı Pyotr Lovyginin səyahətlər üzərində qurulan verilişinin növbəti "dayanacağı" Pakistan olub.

Pyotr Lovyginin verilişinin Pakistandan bəhs edən buraxılışında diqqətimizi bir məqam xüsusi ilə çəkib. Belə ki, kadrların bir-birini sürətlə əvəzlədiyi görüntülər fonunda Azərbaycanın ən məşhur uşaq mahnısı olan "Cücələrim" səslənib. Qəribəsi isə orasındadır ki, "Cücələrim" dari dilində səsləndirilib.

Qeyd edək ki, sözügedən olayın şahidi olmaq üçün videonu 05:48-ci saniyəsindən izləyə bilərsiniz.

Rəssam dünyanın iqtisadi durumu "acınacaqlı" olan 90-dan çox ölkəsini gəzərək, həmin ölkələrdə insanların yaşayış səviyyəsini işıqlandırıb.

Rəssamın səyahət planına daxil edilən ölkələr sırasında Qvineya, Banqladeş, Seneqal, Efiopiya, Filippin, Honduras və başqaları var.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.