Maraqlı

Hər çiməndə kisələnməyin: dəriyə zərərdir

21 İyul 2017 23:00
2 Şərh     Baxış: 1 889
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çimmək deyincə ağıla gələn ilk şeylərdən biri də kisələnməkdir. Milli.Az ailem.az-a istinadən bildirir ki, sağlam, qüsursuz və parlaq bir dəriyə sahib olmağın yollarından biri də kisələnməkdir. Bəs kisələnməyin fayda və zərərlərindən məlumatınız varmı? Yoxdursa, bu yazını oxuyun.

Kisələnməyin faydaları
 
- Kisələnmək özünüzü hüzurlu və rahat hiss etmənizi təmin edir, stressi azaldır.
 
- Dəri altında qan dövranını sürətləndirir və hüceyrələrin çoxalıb yenilənməsinə yardımçı olur.
 
- Dərini ölü dəridən təmizləyir.
 
- Dəridəki məsamələri açır və dəriniz həmişə təmiz, canlı görünür.
 
- Sellülitləri yox edir.
 
- Dəridə sızanaq yaranmasının qarşısını alır.
 
- Dəriniz yağlıdırsa, kisə sayəsində yağlanmanın qarşısını ala bilərsiniz.
 
- Yenilənən hüceyrələr sayəsində immunitet sisteminizin güclənməsinə yardımçı olacaq.
 
Bəs zərərləri nələrdir?
 
- Çox tez-tez kisələnmək dərinin qoruyucu təbəqəsinin yox olmasına və dərinin qıcıqlanmasına səbəb olur.
 
- Dəri nəmini itirib quruyur.
 
- Zərərli maddələrin dəridən içəriyə girməsinin qarşısını alan bir təbəqə var. Tez-tez kisələnsəniz, həmin təbəqə həssaslaşacaq. Nəticədə dəridə bir çox dəri xəstəliyi yarana bilər. Ancaq 15 gündən bir kisələnsəniz, heç bir ziyanı olmaz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.