Maraqlı

Alzheimer müalicəsində böyük ümid

20 İyul 2017 22:15
0 Şərh     Baxış: 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alzheimerə gətirib çıxaran daha 5 yeni gen kəşf edildi. Bu kəşf müalicə ümidini artıracaq.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İngiltərə Nottinqem Universitetində aparılan tədqiqatlar nəticəsində Alzheimer xəstəliyi ilə əlaqəli daha 5 gen kəşf edildi. Bu genlərin 3 ayrı bədən funksiyasına təsir göstərdiyi qeyd olunub. Genlərin orqanizmin immun sisteminə, yağ və xolesterolun həll edilməsinə və beyin hüceyrələrinə təsiri var. Yeni genlərin tapılması Alzheimer müalicəsində istifadə edilə biləcəyi ehtimal edilir.
 
Professor Kevin Morqanın apardığı araşdırmanın müalicə üsuluna çevrilməsi üçün 15 il lazım olduğu bildirilir. Əgər bu günə qədər kəşf edilən 10 genin təsirləri də müalicə edilsə, Alzheimer xəstəliyinin yayılmasının 60% nisbətində qarşısının alınması gözlənilir.
 
Xəstəliyin 80 faizinin genlərlə əlaqəsi olduğu güman edilir. Xəstəliyə yol açan APOE adlı ilk gen 17 il əvvəl tapılmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.