Maraqlı

Dnepr şəhərində "Azərbaycan" parkı açıla bilər

18 İyul 2017 14:34
0 Şərh     Baxış: 1 302
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Dnepr şəhərinin mərkəzində "Azərbaycan" parkının açılması məsələsi müzakirə edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu təklifi Dnepr Şəhər Administrasiyasının rəhbəri Boris Filatov Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə görüşündə səsləndirib.

Görüşdə B.Filatov şəhərin mərkəzindəki gözəl istirahət guşələrindən birinə "Azərbaycan" adının verilməsi və orada Azərbaycanın tanınmış mütəfəkkirlərindən birinin heykəlinin ucaldılmasına hər cür dəstək göstərməyə hazır olduğunu deyib.

A.Xudiyev administrasiya rəhbərinin təklifini yüksək qiymətləndirərək Azərbaycan tərəfinin bu məsələyə baxacağını bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.