Maraqlı

Qız doğduğuna görə arvadını vəhşicəsinə döydü - VİDEO - FOTO

17 İyul 2017 11:40
12 Şərh     Baxış: 4 138

"Sən nə axmaq, yaramaz, ailəni düşünməyən qadınsan! Sənin bu ailədə yaşamağa haqqın varmı?!"

Bu sözləri qışqıra-qışqıra deyən ər yerə çöməlmiş arvadını zopa ilə döyməyə başlayıb.

Aldığı zərbələrdən qıvrılan qadının ah-naləsinə rəğmən, qəddar ər sakitləşməyib.

Milli.Az TMZ-yə istinadən bildirir ki, olay Hindistanın Pəncab ştatındakı Patiala şəhərində yaşanıb. Çox ağır travmalar və xəsarətlər alan, 3 qabırğası sınan 35 yaşlı Mina Kaşyap kəllə-beyin silkələnməsi ilə xəstəxanaya çatdırılıb.

Minanın əri, onu vəhşicəsinə döyən Dalcit Sinqh həbs olunub.

Onun dediyinə görə, yeganə günahı qız doğması olub.

"Doğum evindən çıxanda məni kimsə qarşılamadı. Taksi tutub evə gəldim. Evə girəndə qaynanam uşağı məndən alıb yuxarı, ikinci mərtəbəyə qalxdı. Ərim isə xoş sözlər demək əvəzinə söyməyə, vurmağa başladı. Yumruqla vurub yerə yıxdı, sonra zopa ilə döydü. Ürəyi soyumadı, başıma təpiklə vurdu", - Mina Kaşyap söyləyib.

Onun sözlərinə görə, döyülməsinin bir səbəbi də onun cehizindən ərinin məhrum olmasıdır. Hindistandakı adətlərə görə, ərə getmiş qız oğul doğarsa ona "doki" adlı ikinci cehiz verilir.

Mina Kaşyap da qız yox, oğlan doğsaydı, onun valideynləri ərinin ailəsinə 700 min rupi, yəni təqribən 8300 dollarlıq ikinci cehiz verməliydilər.

Fəqət, Mina qız dünyaya gətirdiyi üçün ərinin ailəsi ikinci cehizdən məhrum olub.

Polisdən verilən məlumata görə, D.Sinqhlə bahəm, onun qardaşı Kamalheyt Sinqh və dostu Qaurav tutulublar.

Hindistanda "doki"ni ödəyə bilməyən ailənin acığını gəlindən çıxırlar. Belə gəlinlər döyülür, aşağılanır, bəzənsə qətlə yetirilirlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qız doğduğuna görə arvadını vəhşicəsinə döydü

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

12 Şərh:

  • Anonim
    lalə · 17 İyul 11:4470

    murdar adətdir. yazığ qadın.

    Cavab yaz
  • Anonim
    jk · 17 İyul 12:0350

    Ne ekmisen onu da bicmisen ay yazig !arvadi doyunce ozuvu doy

    Cavab yaz
    • Anonim
      F. · 17 İyul 13:5750

      Cutcu istediyi mehsul almayanda gunah itorpaqda gorer))

      Cavab yaz
  • Anonim
    elvin · 17 İyul 12:0920

    Nə olsun qız uşağıdı.Allah istədiyinə oğlan uşağı verir.istədiyinədə qız uşağı verir. İstədiyinədə hər ikisini verir. İstədiyinə də sonsuz edir.

    Cavab yaz
    • Anonim
      xxx · 17 İyul 12:2640

      Özünüzü yormayın, onlar insan deyil ki, onlara məsləhət verək. Vəhşi məxluqlardır.

      Cavab yaz
  • Anonim
    xxx · 17 İyul 12:2830

    Bədbəxt qadınlardıda vallah, elə bir ölkədə yaşayırlar ki, nə getməyə yerləri olur, nə də hansısa hüquqları. Öləndə yalnızca canları qurtarır.

    Cavab yaz
  • Anonim
    xxx · 17 İyul 12:2920

    Qızın ailəsi ya gəlib qızlarını aparsın, ya da dokisin ödəsin əclaf əl çəksin..

    Cavab yaz
  • Anonim
    anonim · 17 İyul 12:3630

    qiza ne olubki qiz gozel paydi savdsiz kisiler basa dusmurki qiz olub ya oglan olmagi kisiden olan seydi 2 ciside terbiyesiz ovlat ayleden asilidi boyutmek gozun acir usaq ne terbiye gorur onuda goturur

    Cavab yaz
  • Anonim
    Efqan · 17 İyul 13:2730

    Bunu tutub elini qolunu baglayib , agzindan köpük gelene kimi öymek lazimdi . Aciz mexluq

    Cavab yaz
  • Anonim
    Huyyy · 17 İyul 13:3210

    Xeste ruhlu insanlar

    Cavab yaz
  • Anonim
    //// · 17 İyul 17:0300

    Belə yerdə deyilir:-"Kül sənin kişi başına"

    Cavab yaz
  • Anonim
    Sevil ***** · 18 İyul 06:2400

    Səhər tezdən xeyli güldüm şərhlərə ))Allah üzünüzü güldürsün daim.. Gör nə dərəcədə qanmır ki , öz əkdiyidi ...100 faiz qaynananın da barmağı var bu işdə .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.