Maraqlı

"Atamın soyadını daşımaq istərdim" - İbrahimin qızı

17 İyul 2017 00:05
0 Şərh     Baxış: 4 326
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni ibrahim Tatlısesin qızı Dilan Çıtak ötən gecə çıxış etdiyi restoranlardan birindən çıxarkən görüntülənib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, çıxışda ifaçı jurnalistlərin suallarını da cavablandırıb. O, "Atanız İbrahimin soyadını götürmək istədinizmi" sualına Dilan belə cavab verib:

"Məni bu yaşıma qədər böyüdən atamın soyadından heç vaxt imtina etməmişəm. Ancaq Tatlıses adını daşımaq, onun nemətlərindən faydalanmaq istəyirəm. Tatlıses soyadını daşımaq qürur verici bir hissdir. Övladı olaraq, əlbəttə, onun soyadını istərdim".

Daha sonra Çıtakdan toyu barədə soruşulub. O, toyunun gələn il olacağını söyləyib.

Sənətçi restorandan nişanlısı Levent Dörtel və anası İşıl Çıtakla birgə çıxıb. Kameralar onun nişanlısını çəkə bilsə də, amma anasını lentə almaq mümkün olmayıb. 

İşıl üzünü gizlədərək "Mən məşhur deyiləm, iş adamıyam, məni çəkməyin" deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.