Maraqlı

Qeyri-adi gözəllik məsləhətləri - FOTO

16 İyul 2017 17:36
2 Şərh     Baxış: 1 386

Gözəl görünmək üçün bəzən kiçik amillərə ehtiyacımız olur. Bu cür məsləhətlər asan görünsə də, sizləri dəyişəcək.

Milli.Az axşam.az-a istinadən qeyri-adi gözəllik məsləhətləri təqdim edir:

Pivə saçlarınızı qısa zamanda gözəlləşdirə bilər. Onun tərkibində maya, minerallar və vitaminlər var. Eyni miqdarda pivəni su ilə qarışdırıb saçları yuduqdan sonra yaxalayın. Sarışınlar açıqrəngli pivədən istifadə etsinlər. Çünki saçınızın rəngi dəyişə bilər. 

Burnun formasını kiçik göstərmək üçün onu tonlaşdırırlar. Evdə bunu etmək istəsəniz çəngəldən istifadə edərək, dəqiq xətt çəkə bilərsiniz.

Gözəl kirpiklərə sahib olmaq üçün uşaq kirşanından (prisipka) istifadə edin. Kirpiklərinizə bir qat tuş vurun. Sonra qulaq çöpü vasitəsilə onlara kirşan çəkin və yenidən tuş vurun. 

Əgər dodaqlarınız nazikdirsə onu əvvəlcədən açıq rəngli tonal krem çəkin. Sonra dodaq qələmi ilə bir az kənarlarından çəkməyə başlayın. Üstündən istədiyiniz qədər tün dodaq boyası vura bilərsiniz. 

Göz altınız çox tünddürsə, tək gözaltı krem kömək etmirsə qırmızı dodaq boyasından istifadə edin. Boyanı gözaltına asta çəkin. Üstündən iki dəfə gözaltı tonal krem vurun.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

2 Şərh:

  • Anonim
    asi · 16 İyul 22:1310

    Bəzən gözəl görünmək üçün dəridən qabıqdan çıxanları başa düşmək olmur)..Niyə və nə üçün??)...Insanın səliqəli və təmiz olması şərtdir, amma olmayan bir nəsəni süni şəkildə varmış kimi göstərmək mənasızdır.Məsələn məqalədə yazılan nazik dodağı enli göstərmək kimi)..Ola bilsin kiminsə nazik dodaqları üz cizgilərini tamamlayır və yaraşır.Onu enləndirmək nə lazım.?)...

    Cavab yaz
  • Anonim
    Esmer. · 17 İyul 00:1000

    Ela

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.