Maraqlı

Uşaqların yarıçılpaq rəqsi... - Cinayət işi açıldı

15 İyul 2017 21:26
0 Şərh     Baxış: 1 063

Türkiyənin Muğla vilayətinin Fəthiyyə rayonunda 10-11 yaşlı iki uşağın yarıçılpaq vəziyyətdə rəqs etdiyi bar 30 gün müddətinə bağlanıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki,ölkədə 18 yaşdan aşağı uşaqların içkili yerlərə girişi qadağandır.

Hadisə Ölüdəniz məhəlləsində 52 yaşlı Səlaməddin Yılmaza aid barda baş verib.

Daha çox ingilis turistlərin gəldiyi bara girən B.A. ilə H.B. adlı uşaqlar musiqi çalınanda köynəklərini çıxararaq rəqs ediblər. Uşaqların rəqsini turistlər maraqla qarşılayıblar.

Bir Türkiyə vətəndaşı rəqs edən uşaqların şəklini çəkilərək sosial mediada paylaşılıb. Şəklin altında isə: "Kiçik oğlan uşaqları yarıçılpaq bar səhnəsində oynadırılır. Müştərilər isə maraqla izlədilər"- mesajını yazıb.

Şəkil böyük etirazlara səbəb olub. "Fəthiyyədə biabırçılıq" adıyla sürətlə sosial mediada yayılan şəkil sərt tənqidə tuş gəlib. Hüquq-mühafizə orqanları cinayət işi açıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.