Maraqlı

Antalyada istirahət neçəyədir? – QİYMƏTLƏR

15 İyul 2017 20:36
0 Şərh     Baxış: 1 840

Hər il olduğu kimi bu il də yay mövsümündə azərbaycanlıların ən çox üz tutduğu istiqamətlərdən biri Antalyadır.
Qeyd edək ki, Antalya nəinki azərbaycanlı turistlərin, həmçinin rusiya və digər MDB ölkə vətəndaşlarının sevimli yerlərindən biridir. Ölkə əhalisinin Antalyaya böyük marağını nəzarə alan

Milli.Az fins.az-a istinadən bu istiqamətdə turpaketlərin qiymətlərini təqdim edir.
Ölkəmizdə fəaliyyət göstərən əksər turizm şirkətləri Antalyaya tur təşkil edir. Qiymətlər isə demək olar ki, eynidir. Antalyada hotellər müştərilərinə  all inclusive xidmətini təqdim edirlər.
Belə ki, Avqustun 1-7-ə nəzərdə tutulan Antalya turlarının qiymətləri isə şirkətlərdə belədir:
Turda.Az - 758 dollar
Yes travel - 747 dollar
Turizm.Az - 784 dollar
Master travel - 774 dollar
ZD travel - 748 dollar
GO travel -  787 dollar
Qeyd edək ki, turun qiymətinə gediş-dönüş aviabiletləri, sığorta, transfer, 2 nəfərin  6 gecə 7 gün 3 ulduzlu  hoteldə qonaqlaması və gün ərzində 3 dəfə qidalanması daxildir. Məlumat üçün bildirək ki, turpaketin qiymətini 10-15 dollar aşağı da əldə etmək olar. Amma bu zaman aviabilet gecəyə alınır. Yəni turist Antalyaya gecə saatlarında çatmalı olacaq.
Həmçinin, yuxarıda göstərilən qiymətlər minimal göstəricidir. Turistin seçimindən asılı olaraq daha dəbdəbəli hotellər seçmək olar ki, bu zaman qiymət bir qədər bahalaşacaq. Misal üçün, Antalyada 4 ulduzlu hoteldə 6 gecə 7 gün qonaqlamaq 800-850 dollardır. 5 ulduzlu hoteldə isə bu məbləğ bir qədər də çoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.