Maraqlı

60 yaşında ana oldu, əri onu boşadı: "Uşaq səsinə dözə bilmərəm!" - FOTO

15 İyul 2017 17:54
5 Şərh     Baxış: 2 515
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"20 illik həsrətim bitdi, övladım dünyaya gəldi. 60 yaşımda ana oldum. Ərim isə sevinmədi. Əksinə, "uşağın ağlamaq səsinə, qışqırığına dözə bilmərəm" dedi.

60 yaşlı Atifa Lyajiç 20 ildi ki, ana ola bilmirdi, çoxsaylı hamiləlikləri uğursuzluqla, yarımçıq başa çatırdı.

Son hamiləliyi riskli olan A.Lyajiç hər şeyə rəğmən, qərarında qəti olub. O, hamiləliyinin son 3 ayını xəstəxanada keçirib.

Milli.Az European-a istinadən bildirir ki, 20 illik həsrətdən sonra Atifa Lyajiç ana olub. Övladı dünyaya gələndən sonra əri Şərif Nokiç onu boşayıb.

Səbəb isə sən demə, Atifanın doğduğu qızı Alinanın gecələr ağlaması idi.

"Uşaq səsinə dözə bilmirəm! Başım ağrıyır səsdən!" - deyən Şərif Nokiç arvadını boşayıb.

Serbiyanın qərbindəki Raska bölgəsində, Novi Pazar şəhərində yaşayan Atifa Lyajiçin dediyinə görə, qızı Alinanı çətinliklə də olsa, təkbaşına böyüdəcək.

Şərif Nokiç isə deyib: "O, övladının doğulmasını istəyirdi, doğdu da. Yaşasın qızı ilə. Mənsə dözə bilmərəm. Uşaq böyütmək, uşaq səsinə dözmək üçün çox qocayam. 68 yaşım var, ürəyim zəifdir, şəkərli diabet xəstəsiyəm. Bütün gecəni uşağın ağlamaq səsinə qulaq asmağa halım yoxdur".

O, qızı Alinaya soyadını verməkdən də imtina edib.

Toxuculuq fabrikində çalışan Atifa maaşı az olsa da, övladını bəxtəvər böyüdəcəyini söyləyib.

A.Lyajiç Serbiyanın ticarət naziri, baş nazirin müavini Rasim Lyajiçin əmisiqızıdır. Fəqət o, yardım üçün əmisioğluna müraciət etmək niyyətində deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.