Maraqlı

3,9 milyard insanın internetə çıxış imkanı yoxdur

18 İyul 2017 08:05
0 Şərh     Baxış: 544
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni informasiya-kommunikasiya texnologiyaları (İKT) iqtisadiyyatın inkişafı və Dayanıqlı İnkişaf  Məqsədlərinə nail olmaqda mühüm rol oynayır. Ancaq indi planet əhalisinin əksəriyyəti onların üstünlüklərindən istifadə imkanına malik deyil, çünki 3,9 milyard nəfərin internetə çıxış imkanı yoxdur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu haqda Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yeni hesabatında deyilir.
 
Hesabatın müəllifləri qeyd edirlər ki, informasiya və kommunikasiya texnologiyaları indiki iqtisadiyyatın əsasını təşkil edir. İKT sayəsində insanların istehsalat, məşğulluq sahəsində imkanları daha da artıb, yeni texnologiyalar insanlara bank əməliyyatlarını həyata keçirməkdə, bir çox sosial və tibbi xidmətlərdən istifadədə kömək edir.
 
Məsələn, fermerlər əkin sahələrinin monitorinqi üçün "pilotsuz təyyarələr" və peyk şəkillərindən istifadə edirlər. Həkim və alimlər informasiyanın toplanılması, təhlili və molekulyar genetika sahəsində tədqiqatların keçirilməsi üçün süni intellektə üstünlük verməyə başlayıblar.
 
"Rəqəmsal inqilabın töhfəsi hər ötən saat daha aydın hiss olunur. 2030-cu ilədək "dayanıqlı inkişaf sahəsində Gündəlik"də bəşəriyyətin tərəqqisi üçün qlobal rəqəmsal inqilabın böyük potensialı etiraf edilir" - BMT-nin Baş katibi Antoniu Quterriş deyib.
 
BTİ-nin Baş katibi Houlin Jao deyib ki, planetin hər bir sakininin "Ümumdünya hörümçək toru"na qoşulması üçün bütün imkanlardan istifadə etmək lazımdır. Hazırda dünya əhalisinin təxminən 50%-i (3,9 milyard nəfər) hələ də internetə çıxış imkanına malik deyil.
 
BTİ-nin Baş katibi beşinci nəsil mobil rabitə texnologiyasının istifadəyə verilməsinin əhəmiyyəti barədə danışıb. "5G" texnologiyası ən inanılmaz proqram və kompüter ssenarilərinin yaradılmasına imkan yaradacaq. Sözügedən texnologiya saniyədə bir neçə qiqabitədək sürətlə internetə daxil olmağa imkan verəcək.
 
Houlin Jao bildirib ki, hazırda bəşəriyyətin həyatını yaxşıya doğru dəyişdirmək qabiliyyətinə malik beşinci nəsil (5G) şəbəkəsinin çox sürətli inkişafı müşahidə olunur.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.